Xəbər lenti

 “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero Hollandiyada yol-qəzasına düşüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçunu Amsterdam şəhərinin hava limanına aparan taksi avtomobili dirəyə çırpılıb.

Nəticədə S.Aquero xəsarət alıb. Onun qabırğalarının zədələndiyi bildirilir. Lakin zədələrin dərəcəsi barədə məlumat verilmir. 

“Mançester Siti” klubu insidentlə bağlı rəsmi açıqlama verməyib. 




Ana səhifəyə qayıt        Baxış: 499          Tarix: 29-09-2017, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma