Xəbər lenti

 

İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum "Barselona"nın büdcəsinə də ziyan vurub.

Ovqat.com komanda.az-a istinadən xəbər verir ki, Kataloniyanın müstəqilliyi üçün keçirilən səsvermə günü baş tutan La Liqanın 7-ci turunun "Las-Palmas"la ev oyununu tamaşaçısız keçirmək qərarı verən "Barselona", maddi cəhətdən bunun acısını yaşayıb. Belə ki, İspaniya mətbuatında yer alan məlumata görə, "Barsa" "Nou Kamp"da baş tutan qarşılaşmanı boş tribunalar önündə keçirməklə, 3,4 milyon avro itirib.

Xatırladaq ki, sözügedən oyun katalonların 3:0 hesablı qələbəsiylə nəticələnib.




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 6-10-2017, 19:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma