Xəbər lenti

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Ovqat.com bildirir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açıb: Sadio Tounkara fərqlənib. Fasilə ərəfəsində Amil Yunanov meydan sahiblərinin bərabərlik qoluna imza atıb. Yekun nəticəni isə “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov müəyyənləşdirib – 2:1.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməyib. “Sumqayıt” 13 xalla 4-cü, cari mövsümdə ilk dəfə məğlub olan “Zirə” isə 18 xalla 2-ci sıradadır.

Turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün isə “Neftçi” “Kəpəz”i eyni hesabla üstələyib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IX turu

"Sumqayıt” – "Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38. Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena”.\\Mebuat.az




Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 21-10-2017, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma