Xəbər lenti

 

Futzal üzrə milli komandaların  reytinq siyahısı açıqlanıb.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, siyahıda ötən ayla müqayisədə müəyyən dəyişikliklər baş verib. 

Planetin 10 ən güclü komandası arasında yer alan Azərbaycan millisinin mövqeyi isə dəyişməz qalıb. Hesabında 1445 xal olan yığmamız yenə dünyanın 10-cusudu.
 
Lakin 9-cu olan Qazaxıstanla xal fərqi artıb. "Qonşularımız" artıq 42 xallıq üstünlüyə malikdi. Millimiz isə ən yaxın izləyicisi olan Paraqvayı 40 xal üstələyir.
 
Ümumiyyətlə ilk "onluq"da yalnız bir dəyişiklik olub. İran millisi İtaliyanı 5-ci pillədən sıxışdırıb. Digər komandaların isə yalnız xal hesabı dəyişib.
 
Yığmamızın AVRO-2018-in final mərhələsindəki rəqiblərindən İspaniya 1878 xalla 2-ci, Fransa 1235 xalla 23-cüdü.
 
İlk "onluq"
1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1762
4. Argentina - 1683
5. İran - 1611
6. İtaliya - 1607
7. Portuqaliya - 1586
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1487
10. Azərbaycan - 1445




Ana səhifəyə qayıt        Baxış: 580          Tarix: 28-10-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma