"Atletiko" klubunun baş məşqçisi Dieqo Simone Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"la görüş zamanı bərabərlik, La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə qoluna imza atan Tomas Parteyi təbrik edib.
Publika.az xəbər verir ki, 47 yaşlı mütəxəssis təbrik çıxışı zamanı komandasının “Qarabağ”la keçirdiyi ev oyunundan sonrakı vəziyyətini dəyərlənidirib:
“Qarabağ”la dueldə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm. Ötən mövsümlə müqayisədə daha yaxşı oynayırıq və artıq 3 xal toplamışıq. Nəticələr istədiyimiz kimi olmasa da, komanda irəli atıldı və yaxşı çalışır. Bütün futbolçularımın oyunu xoşuma gəldi. Tomas isə işini çox yaxşı gördü. Biz həftə boyunca çalışırıq və hər şeyin yaxşısını etməyin məsuliyyətini daşıyırıq”.
Qeyd edək ki, “Atletiko” La Liqada 23 xalla 4-cü pillədə qərarlaşıb. ÇL-də isə 4 turdan sonra 3-üncü pillədədirlər.
Paylaş: