Xəbər lenti

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

“Report”un məlumatına görə, BOS-un rəsmi “facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 358          Tarix: 21-11-2017, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma