Xəbər lenti

“Zenit”in futbolçusu Denis Terentyev döyülüb.

Qol.az-ın xəbərinə görə, bu barədə 25 yaşlı müdafiəçi özü şəxsi “İnstagram” səhifəsində məlumat yayıb.

Rus futbolçu məlumatda bildirib ki, maşın idarə edərkən önündə olan sürücü ilə mübahisə edib. Mübahisə daha da böyüyüb. Nəticədə sürücü Denisin maşınına hücum çəkərək ona yumruq zərbələri endirib.

Qeyd edək ki, D. Terentyevin mövsümün sonuna qədər yaşıl meydanlardan uzaqda qalacağı bildirilir.//Qol.az




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 30-11-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma