Xəbər lenti

                        

PSJ-nin ulduzu Neymarın gələn yayda "Real"a transfer olunacağı ilə bağlı xəbərlər durmadan artır. 

Daha bir iddia İtaliya mediasından gəlib.

Neymarın "Real"a transfer olunacağı iddiaları bir müddətdi gündəmdədi. Kriştiano Ronaldoya varis axtarışında olan prezident Florentino Peres yaxın illər ərzində futbolun əsas simalarından olacaq braziliyalını istədiyini açıq-aşkar bəyan edib. Hətta "Real"ın bu transfer üçün 450 milyon avro ödəyəcəyi bildirilir. 

İtaliya mediası iddia edir ki, artıq Peres Neymarın transferi üçün hərəkətə keçib. Klub rəhbəri bu keçid üçün lazım olan maliyyə mənbəyini yaratmaq üçün gənc ulduzu Marko Asensionu satmağa hazırlaşır. 2015-ci ildə "Malyorka"dan 3,5 milyon avroya alınan 21 yaşlı forvard ümidləri doğrultmadığından satılacaq.

Qeyd edək ki, PSJ bu yay Neymarı "Barselona"dan 222 milyon avroya alıb. Bu futbol tarixinin transfer rekordu hesab olunur.//Fanat.az 




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 10-12-2017, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma