Futbol üzrə Çempionlar Liqasında daha bir finalçı müəyyənləşib.
Mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək həlledici qarşılaşmada İspaniya “Real Madrid”inə İngiltərənin “Liverpul” komandası rəqib olub.
“Qırmızılar” yarımfinalda İtaliya “Roma”sını iki oyunun yekununda üstələməyi bacarıblar. İngiltərə təmsilçisi ötən həftə doğma meydanda 5:2hesabı ilə yendiyi “Roma”ya cavab görüşündə uduzub – 2:4.
Bununla belə, “Liverpul” top fərqində üstün olduğu üçün mərhələ adlayıb.
Hesabı artıq 9-cu dəqiqədə “Liverpul”un hücumçusu Sadio Mane açıb. Bundan 6 dəqiqə sonra “Roma” Ceyms Milnerin avtoqolu sayəsində bərabərliyi təmin edib. Lakin 25-ci dəqiqədə Jorjinyo Veynaldum qonaqları yenidən hesabda önə çıxarıb. İtaliya təmsilçisi 52-ci dəqiqədə Edin Ceko ilə bərabərlik qolunu vurub. Bundan sonra Raca Nainqqolan 86-cı dəqiqədə komandasını hesabda önə çıxarıb. Uzatma dəqiqələrində isə o, penaltidən yekun nəticəni müəyyənləşdirib. 5-ci qolu vurmağa isə “Roma”nın bir qolu çatmayıb.
Beləliklə, “Liverpul” klubu 11 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib.
Qeyd edək ki, final matçı “Olimpiyski” stadionunda keçiriləcək/Report.
Paylaş: