Xəbər lenti

İdmanın uşu növü üzrə Tbilisidə keçirilən Avropa çempionatında xoşagəlməz hadisə baş verib
Ovqat.com
  Report-a istinadən xəbər verir ki, erməni idmançı Türkiyədən olan gənc qız Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyəti ilə barışmayan qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.

“Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatami üzərinə çıxanda türk və azərbaycanlı qardaşlarımın təbriklərini və qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu məni daha da ruhlandırdı və döyüşdə dönüş yaratmağa nail oldum. O məndən canlı olsa da qalib gəldim. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”, - Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib.
A.Almaçı erməni idmançının bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.
Qeyd edək ki, erməni idmançının qeyri-etik davranışı, Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan idmançıların və məşqçilərin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməyi tələb ediblər.  




Ana səhifəyə qayıt        Baxış: 1 107          Tarix: 20-05-2017, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma