Xəbər lenti

“Qarabağ” yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib “Arsenal” idi”.

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın İngiltərə Arsenal”ına 0:3 hesabı ilə uduzduğu görüşü qiymətləndirərkən deyib. O, bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyir.

Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.

R.Abdullayev FIFA prezidenti ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O, deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 553          Tarix: 5-10-2018, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma