"Milan"ın sabiq müdafiəçisi Alessandro Nesta klubun gələcəyini necə gördüyünü "La Gazzetta dello Sport"a müsahibəsində açıqlayıb. Ovqat.com goal.az-a istinadən xəbər verir ki, hazırda "Miami"nin baş məşqçisi olan 41 yaşlı mütəxəsis bunları deyib:
"Milan"ın 6-cı yer tutmasını sevinclə qarşılayanaların sırasında idim. Mənim oynadığım dövrlə müqayisədə yaxşı nəticə sayılmasa belə, hazırda klubun vəziyyəti budur. Ona görə 6-cı yer vacib addım idi. "İnter" isə narahatlıq keçirir. Son vaxtlar "rossoneri"də çox xaos, qarışıq işlər oldu. Bir-birinin ardınca məşqçilər dəyişdi. "Milan"ın Çempionlar Liqasına qayıtması çətin olacaq. Mən olsaydm, komandanı psixoloji cəhətdən güclü italiyalı futbolçulardan qurardım. Yeni futbolçular isə öz şansını gözləməli olardı. Bu mənim vaxtımda, indiki "Yuventus"da belədir. Bütün problemlər klubun mentalitetindədir. Bizim "Milan" istənilən oyuna, yüklənməyə hazır idi. Bilirdik ki, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirik".
Paylaş: