Xəbər lenti
 
“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”a qarşı keçiriləcək cavab oyunu (ilk matç – 0:3) ilə bağlı fikirlərini açıqlayıb.
Ovqat.com “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, o bildirib ki, 4 qol vurub yarımfinala çıxmaq üçün hər cür risk etməyə hazırdırlar.
“Matçın elə bil an yaranacaq ki, biz, əlbəttə geridönüşə hazır olacağıq. Biz o dərəcədə risk etməyə hazırıq ki, meydana hətta 8 hücumçu ilə də çıxa bilərik. Bizim itirəcək heç nəyimiz yoxdur.
Azarkeşlərimiz oyunçularımıza inanmalıdırlar. Onlar futbolda mümkün olan hər uğuru qazanıblar. Əlimizdən gələn hər şeyi edəcəyik ki, istədiyimiz nəticəni əldə edək”.




Ana səhifəyə qayıt        Baxış: 937          Tarix: 17-04-2017, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma