Xəbər lenti

Dünən futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

“Arsenal” – “Qarabağ” matçında oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 16-cı dəqiqəsində Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

E qrupunun digər matçında isə “Sportinq” öz meydanında “Vorskla”ya 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Vorskla” ilə eyni xallara malik olmasına baxmayaraq, “Qarabağ” qrupda sonuncu yer tutub. Qrupdan “Arsenal” və “Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 14-12-2018, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma