Xəbər lenti

 

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo gələn il karyerasını başa vura bilər.
Axar.az-a istinadən xəbər veririk ki, bu barədə futbolçu Portuqaliyanın TVİ telekanalına müsahibəsində deyib.
“Mən indi bu haqda düşünmürəm. Ola bilər, gələn il karyeramı bitirim. Amma ola da bilər ki, 40 ya da 41 yaşıma kimi oynayım. Həmişə deyirəm ki, andan həzz almaq lazımdır. Və mən də bunu etməliyəm”, – Ronaldo bildirib.




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 21-08-2019, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma