Xəbər lenti

 

Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Ola bilər ki, onlarda hər hansı dəyişikliklər baş verib.

Report xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis futbolçuların çıxışları barədə danışıb: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdır. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".

Təcrübəli məşqçi zədəli oyunçuların durumları barədə də açıqlama verib:

"Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın oyunlarından sonra Bədavi Hüseynovu meydanda görə bilərik.

Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər".

Qurbanov yeni oyunçu axtarışında olduqlarını əlavə edib:

"Transfer axtarışındayıq. Yarımmüdafiəçi istəyirik. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu axtarırıq".

Məşqçi gənc oyunçu İsmayıl İbrahimli haqqında da xoş fikirlər söyləyib:

"Mənim onun barədə fikrim pozitivdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydana çıxmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur".




Ana səhifəyə qayıt        Baxış: 329          Tarix: 26-08-2019, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma