Xəbər lenti

 

Formula-2" yarışlarının fransız pilotu Antuan Yuber Belçika Qran-prisindəki yarış zamanı qəzaya düşərək həlak olub.
Bu barədə "BBC News" məlumat yayıb.
22 yaşlı fransız insidentdən sonra tibb mərkəzinə aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Yuber zərbə zamanı aldığı zədədən ölüb.
Qəzaya düşən ikinci pilot isə Lyej şəhərindəki xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.
Baş verən insidentə görə, "Formula-2" yarışları dayandırılıb.  
Qəza Yuberin döngəni dönərkən hərəkəti düzgün hesablamaması səbəbindən baş verib. Onun arxasınca gələn amerikalı Xuan Korrea Yuberin bolidinə çırpılıb. Çarpışma anı təxminən 274 km/saat sürətlə baş verib.
Qeyd edək ki, "Formula-2" yarışlarının ümumi hesabında Yuber 8-ci sırada gedirdi. Onun hesabında bu mövsüm iki qələbə var idi.(oxu.az)



Ana səhifəyə qayıt        Baxış: 451          Tarix: 1-09-2019, 00:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma