Xəbər lenti

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turunun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qarabağ"dan 5, "Zirə"dən 3, "Keşlə"dən 2, "Səbail"dən isə 1 futbolçu düşüb. 

Qapıçı: Asmir Beqoviç - 359 (“Qarabağ”)

Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-2, Turan Manafov - 314 (“Səbail”), Bədavi Hüseynov – 295 (“Qarabağ”), İlkin Qırtımov - 252 (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir – 323 (“Qarabağ”), Şafik Tiqrudja - 289 (“Zirə”), Markos Madera - 298 (“Qarabağ”)-3, Tellur Mütəllimov – 287 (“Zirə”)

Hücumçular: Xulio Sezar Rodrigez - 276 (“Zirə”), Lorenzo Frutos - 281 (“Keşlə”)-2

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç həftənin oyunçusu seçilib.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.




Ana səhifəyə qayıt        Baxış: 490          Tarix: 18-09-2019, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma