Xəbər lenti

 

"Rəqibi təbrik edirəm. Hava şəraiti də öz sözünü dedi. Çalışdıq ki, qısa zamanda nəsə edib, irəli gedək. Amma alınmadı".

Bunları "Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Onun sözlərinə görə, komandanın ön xətti istədikləri səviyyədə deyil: "Sabah"dakı forvardların problemi odur ki, onların heç biri yüksək səviyyədə futbolçu deyillər. Hələlik komandaya müvəqqəti baş məşqçi təyin edilən İqor Ponomaryovla görüşməmişik. Görüşsək, komanda barədə məlumat verərik". \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 350          Tarix: 21-09-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma