Joze Mourinyo sabiq klubu “Mançester Yunayted”in Premyer Liqada “Vest Hem”ə məğlubiyyətini (0:2) şərh edib.
Qol.az “Sky Sports”a istinadla xəbər verir ki, o, komandanın hazırkı durumumum yaxşı olmadığını söyləyib və ad ad çəkmədən hazırkı baş məşqçi One-Qunnar Sulşeri tənqid edib.
“Bəlkə də mən “MY”dən haqlı olaraq göndərildim. Çünki məsuliyyət məşqçinin üzərindədir. Amma həqiqət odur ki, indi komanda daha pis vəziyyətdədir. Kimlərsə hesab edə bilər ki, mən bu duruma sevinirəm. Amma belə deyil. Klubda mənim bəyəndiyim insanlar var, azarkeşlərinə hörmətlə yanaşıram. Fikrimcə, “MY”yə nəinki TOP-4, TOP-6-ya düşməkdı belə ciddi problemi olacaq”.
O qeyd edib ki, “Vest Hem”lə matçda komanda oyununda müsbət nəsə görməyib. “Ötən mövsüm “MY” pis oynayırdı. Bu mövsümdə isə mən yaxşıya doğru nəsə görmürəm. Baxmayaraq ki, klub yayda üç yeni oyunçu (Harri Maquayr, Deniel Ceyms vı Auron Uan-Bissaka – red.) alıb”.
Əlavə edək ki, "MY" Premyer Liqada 6 turdan sonra 8 xalla 8-ci yeri tutur.
Paylaş: