Xəbər lenti

 

FIFA-nın ardından UEFA qadınların stadiona girişinə qadağa qoyulan ölkələrlə də mübarizəyə başlayıb. 

Oxu.Az xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında bu barədə qərar verilib.

Qurum UEFA-ya üzv olan assosiasiyalara tövsiyə edəcək ki, öz oyunlarını qadınların stadionlara girişinə qadağa qoyan belə ölkələrdə keçirməsinlər. AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) da məhz UEFA-ya üzv qurumlardan biridir. UEFA prezidenti Aleksandr Çeferin bu barədə danışıb: 

“Biz üzvlərimizin təmsilçiləri bu ölkələrdə futbol oynasa, onları cəzalandıra bilmərik. Çünki bu, bizim yurisdiksiyamızdan kənardadır. Ancaq biz buna sakit qala və heç bir şey etməyə bilmərik. Biz Avropa futbolunu inkişaf etdirməliyik.

55 assosiasiyaya və bütün klublara məsləhətimiz odur ki, qadınların fundamental hüquqlarına hörmət qoyulmayan yerdə və ya bu ölkədən olan komandalarla oynamasınlar. Klub və liqa nümayəndələri də bizimlə razılaşdı”.

Qeyd edək ki, İranda qadınların stadiona girişinə qadağa var. Bu ayın əvvəlində bir qadın stadiona gizlicə girmiş və buna görə həbs olunacağını bildiyindən, özünü yandırmışdı. Ona görə də FIFA bu ölkəyə qarşı sanksiya tətbiq edib. İrana oktyabrın 10-da Tehranda Kamboca ilə oyunda stadiona qadınların buraxılmasını təmin etməsi tapşırılıb.




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 25-09-2019, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma