Xəbər lenti

 

AFFA İntizam Komitəsi U-10 liqasında çıxış edən "Xızı Təhsil" komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, buna komandanın heyətində Qusarın "Metak" kollektivi ilə görüşdə protokolda adı olmayan futbolçunun iştirak etməsi səbəb olub.

Eyni hal futzal üzrə Birinci Liqada da yaşanıb. “Metropoliten”lə görüşdə "Harmony Hotel"in heyətində protokolda adı olmayan oyunçu yer alıb. Bununla əlaqədar komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. 




Ana səhifəyə qayıt        Baxış: 326          Tarix: 1-10-2019, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma