İtaliyanın paytaxtı Romada Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışı keçirilir.
"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkənin həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının üzvləri də hazırlıq prosesinə qatılıblar.
Beynəlxalq təlim-məşq toplanışında Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları iştirak edir.
Azərbaycan komandasının hazırlıq prosesində iştirakı oktyabrda Abu-Dabi şəhərində keçiriləcək Böyük Dəbilqə və Avstraliyada təşkil ediləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.
Hər iki yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Hazırlıq prosesinə oktyabrın 11-də yekun vurulacaq.
Paylaş: