Xəbər lenti

 

Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyanın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında uğurla çıxış edib.

“Report” xəbər verir ki, çempionatda Azərbaycan təmsilçiləri 4 medal qazanıblar. Gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.

Milli komanda çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.




Ana səhifəyə qayıt        Baxış: 512          Tarix: 14-10-2019, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma