Xəbər lenti

 

Qurban Qurbanov Araz Abdullayevlə bağlı məsələyə aydınlıq gətirib.

Qurbanov futbolçunu yüksək sürətlə avtomobil idarə etməsinə və sosial şəbəkədə bunu paylaşmasına görə cəzalandırdığını bildirib:

"Bu barədə geniş açıqlama verməyə ehtiyac yoxdur. Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstirahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardandır. Dünyada da heç nədən problemlər yaradan futbolçular var. İstərdim ki, biz futbol oynadığımız dönəmdə daha çox futbolu düşünək". \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 19-10-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma