Xəbər lenti

 

Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək “Qarabağ”da daha bir itki baş verib.

Zədəsini sağaldan Xayme Romero yenidən sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi son məşqdə zədələnib. 29 yaşlı futbolçu Kipr klubu ilə oyunu buraxacaq.

Bundan başqa, Abbas Hüseynov, Faysal Rerras və Filip Ozobiçin də Nikosiya təmsilçisinə qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 24-10-2019, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma