Xəbər lenti

 

"Özümü çox yaxşı hiss edirəm. İki həftə əvvəl Bakıdakı matçda (2:2) daha yaxşısını edə bilərdik. "Qarabağ"la oyunlar çətin keçib".

Bu fikirləri Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını sözlərinə əlavə edib: "AEK (Larnaka) ilə oyunda qapımızı toxunulmaz saxlaya bildik. Sabah da istəyimiz budur. Bu mövsüm "Qarabağ"la dördüncü dəfə qarşılaşacağıq. Onlara qarşı üç fərqli nəticə əldə etmişik. Rəqibə qarşı ilk matçım kimi, sabah da final oyunu olacaq. Nəyin bahasına olursa olsun istəyimiz qələbə qazanmaqdır. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.\\Report




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 6-11-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma