Xəbər lenti

 

"Bu gün Sumqayıtın doğum günüdür, 70 illiyidir. Bu qələbəni şəhərimizə, Sumqayıtın əhalisinə həsr edirik".
Bunu "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra deyib.

Qarşılaşmadan sonrakı brifinqdə jurnalistlərin suallarını cavablandıran Rəfiyev əvvəlcə oyun barədə fikirlərini bölüşüb: "Çox maraqlı oyun oldu. Birinci hissəni bir az zəif keçirdik, istədiyimizi edə bilmədik. Fasilədə Ayxan müəllim komandanı toparladı, ikinci hissəyə yaxşı hazırladı. Nəticədə ikinci hissədə meydanda daha aqressiv və qələbə qazanmaq istəyən "Sumqayıt" gördük. İstəyimizə də nail olduq".

- Qələbəyə görə, xüsusi mükafat olacaqmı?
- Əlbəttə ki, olacaq. Amma məbləği bir azdan öz aramızda danışacağıq. Məbləğin qədəri klubun öz sirridir.

- Bu gün komandadan qələbə gözləyirdinizmi?
- Bəli, gözləyirdim. Biz hər oyuna qələbə üçün çıxırıq.

- "Sabah"dan sonra "Qarabağ" üzərində də əzmkar qələbə qazandınız. Bu tempi qoruyub-saxlamaq mümkün olacaq?
- Gəlin, gələcəyə baxmayaq. Bu gün komanda yaxşı çıxış edir. Əsas odur ki, oyun var. Qalib gəmişik, sevinirik. Gələcəkdə nə olacaq, Allah Kərimdir. İnşallah, bundan da yaxşı olar.

- Qış fasiləsi yaxınlaşır. Hazırlıq planınız bəllidirmi?
- Təlim-məşq toplanışını 99 faiz Türkiyədə keçirəcəyik. Komanda artıq neçə ildir ki, Türkiyəyə gedir. Bu il də çox güman ki, belə olacaq.

- Qışda transferlər olacaqmı?
- Buna baxacağıq. Komanda hələlik yaxşı təsir bağışlayır. Amma maksimum 1 transfer ola bilər. Bugünkü komanda bizi tam qane edir. Sadəcə, oyunumuzu bir qədər oturtmaq və daha da yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəticələr daha yaxşı ola bilər.\\Apa




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 22-11-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma