Yamaykalı sprinter Useyn Bolt yenidən Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının məşqlərinə qatılacaq.
Ovqat.com goal.az-a istinadən xəbər verir ki, 5-13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək atletika üzrə dünya çempionatından sonra karyerasını bitirməyi planlaşdıran 31 yaşlı idmançı özünü futbolda sınamaqda israrlıdır.
Ötən ilin noyabrında da "Borussiya"nın bir neçə məşq prosesində iştirak etmiş 8 qat olimpiya çempionu bildirib ki, hər şey məşqlərin gedişindən asılıdır: "Görək, işlər necə gedəcək. Yaxşı olsa, oynamaq istədiyimi söyləyəcəyəm. Əks halda, susacağam".
Qeyd edək ki, Useyn Bolt Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında 3 növdə 9 medal əldə edib. Bolt həm də 11 qat dünya çempionu və hazırda 100 m (9.58 saniyə) və 200 m (19.19 saniyə) məsafələrə qaçışların rekordçusudur.
Paylaş: