Xəbər lenti
Bu gün, 19:58
Bu gün, 17:30
Bu gün, 16:18
Bu gün, 15:45
Bu gün, 13:36
Bu gün, 09:49
Dünən, 22:50
Dünən, 22:12
Dünən, 17:14
Dünən, 16:16
Dünən, 15:51
Dünən, 14:32
Futbol millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin Oxu.Az-a müsahibəsi:
- “Qarabağ” ilk dəfə avrokuboklarda qrupdan çıxa bildi. Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında qrupdan çıxacağına inamınız vardı?
- Hesab edirəm ki, bu, böyük bir uğurdur. Püşkatmadan əvvəl də mən “Qarabağ”a inanırdım. Çünki “Qarabağ” yaxşı komandadır. Baş məşqçiləri Qurban Qurbanov isə çox yaxşı çalışdırıcıdır.
- “Bazel”lə qrupun son görüşünü Xorvatiyadan olan həmyerliləriniz idarə edirdi. Abdullah Zubirin vurduğu qol qapı xəttini keçsə də, qeydə alınmadı. Halbuki erkən dəqiqələrdə vurulmuş bu qol sayılsaydı, gedişat fərqli ola bilərdi. Fran Yoviçin idarəçiliyi barədə artıq xarici mediada fikirlər yazılıb. Siz bu barədə nə deyə bilərsiniz?
- Hakimlər bəzən səhvə yol verirlər. Bunun millətlə heç bir əlaqəsi yoxdur. “Bazel” güclü komandadır. Bu oyunda da “Bazel” daha yaxşı çıxış edən tərəf idi. Ona görə də hakimliyi çox şişirtmək önəmli deyil. Üstəlik, “Qarabağ” üçün matç o qədər də önəmli deyildi (əslində isə qrup birincisi olub, 1/16 final mərhələsindən azad olmaq baxımından önəmli idi – red.). Çünki onlar artıq növbəti mərhələyə vəsiqəni qazanmışdılar.
- Azərbaycanı tərk etdikdən sonra da millimizin oyunlarını izlədiyinizi bilirəm. Pozitiv dəyişikliklər hiss olunur, ya əksinə?
- Bəli, Azərbaycan millisinin çox oyununa baxmışam. Bəzi oyunlarda milliniz yaxşı çıxış edib, bəzilərində isə yox... Dəyişiklik onunla bağlıdır ki, komandada çoxlu yerli oyunçular var. Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışır. Ancaq dünya çempionatının seçmə mərhələsində digər milli komandalarda daha çox keyfiyyət hiss olunur. Millətlər Liqasında isə Azərbaycanın daha yaxşı nəticə göstərmək şansları vardı.
- Siz də seçmə mərhələdə 1 xal toplaya bilmişdiniz. Canni De Byazinin rəhbərliyi altında da millimiz qrupda eyni nəticəni göstərdi. Ancaq sizdən fərqli olaraq, AFFA ona daha bir il müddətinə vaxt verdi. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisinin baş məşqçisi olmaqdan fəxr etmişəm. Azərbaycanda yaxşı xatirələrim qalıb. Bakıda özümü yaxşı hiss edirdim... Milli komandanı tərk edəndə xoşbəxt deyildim. Ancaq mən peşəkaram və AFFA-nın bu qərarına hörmətlə yanaşdım. Bu, futboldur...
- İl sona çatır. Sizcə, Azərbaycanda 2021-ci ilin ən yaxşı futbolçusu kim olmalıdır?
- Emin Mahmudov. O, bu il milli komandada vurulan qollarda əsas pay sahibi oldu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar