Xəbər lenti

Triatlonçuların bazar ertəsinə planlaşdırılan ikinci üzgüçülük məşqi Senada suyun keyfiyyətsiz olması səbəbindən ləğv edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Olimpiya Təşkilat Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bazar günü də təşkilatçılar analoji qərar qəbul etməli olublar.

"Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətsiz olması səbəbindən triatlonla tanışlıq tədbirinin üzgüçülük hissəsini ləğv etmək qərarına gəliblər", - deyə məlumatda bildirilir.

Növbəti triatlon yarışları iyulun 30 və 31-nə təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 479          Tarix: 29-07-2024, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma