Xəbər lenti

 

Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin siyasını açıqlayıb.

Ovqat.com oxu.az-a istinadən bildirir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Mükafata 12 mütəxəssis və 24 futbolçu namizəddir.

Futbolçuların siyahısı belədir: Pyer-Emenik Obameyyanq ("Borussiya", Dortmund), Leonardo Bonuççi ("Yuventus"/"Milan"), Canluicci Buffon ("Yuventus"), Daniel Karvahal ("Real"), Kriştiano Ronaldo ("Real"), Paulo Dibala ("Yuventus"), Antuan Qrizmann ("Atletiko"), Eden Hazard ("Çelsi"), Zlatan İbrahimoviç (sərbəst agent/"Mançester Yunayted"), Andres İniyesta ("Barselona"), Harri Keyn ("Tottenhem"), N'qolo Kante ("Çelsi"), Toni Kroos ("Real"), Robert Levandovski ("Bavariya"), Marselo ("Real"), Lionel Messi ("Barselona"), Luka Modriç ("Real"), Keylor Navas ("Real"), Manuel Noyer ("Bavariya"), Neymar ("Barselona"/"PSJ"), Serxio Ramos ("Real"), Aleksis Sançes ("Arsenal"), Luis Suares ("Barselona"), Arturo Vidal ("Bavariya").

Ən yaxşı məşqçi adına namizədlərin siyahısına isə Massimiliano Alleqri ("Yuventus"), Karlo Ançelotti ("Bavariya"), Antonio Konte ("Çelsi"), Luis Enrike ( "Barselona"nın keçmiş məşqçisi), Xosep Qvardiola ("Mançester Siti"), Leonardo Jardim ("Monako"), Yoahim Löv (Almaniya yığması), Joze Maurinyo ("Mançester Yunayted"), Maurisio Poçettino ("Tottenhem"), Diyeqo Simione ("Atletiko"), Tite (Braziliya yığması) və Zinəddin Zidanın ("Real") adı daxil edilib.

Milli komandaların baş məşqçilərinin, kapitanlarının, KİV nümayəndələrinin və azarkeşlərin iştirak edəcəyi səsvermə avqustun 21-də başlayacaq və sentyabrın 7-də başa çatacaq. Mükafatlar oktyabrın 23-də təqdim ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 17-08-2017, 22:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma