Bakıda təşkil edilən 41-ci Dünya Skaut Konfransı mükəmməl keçdi. Dünya Skaut Hərəkatı Təşkilatı və ölkəmizə gələn qonaqlar tədbiri çox yüksək qiymətləndirdilər. Onlar dəfələrlə dedilər ki, konfrans çox yüksək səviyyədə təşkil olunub. Mənə yaxınlaşan hər kəs deyirdi ki, bilmirik siz necə etdiniz, lakin bunu bacardınız, ən yaxşı konfransı təşkil etdiniz.
Ovqat.com bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, Dünya Skautlar Komitəsinin yeni üzvü İlyas İsmayıllı deyib.
İlyas İsmayıllı bildirib ki, ilk dəfə məhz Bakıda Dünya Skaut Konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Skautlar Assosiasiyasına xüsusi hədiyyə və təşəkkürnamə təqdim olundu. Bundan sonra bu, artıq ənənə halına çevriləcək. Dünya Skaut Konfransına ev sahibliyi edən milli skaut təşkilatlarına hədiyyə təqdim olunacaq. Bakıdan sonra 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı Misirdə keçiriləcək. Bu gün səhnədə bayrağı Misir nümayəndələrinə ötürəndə kədərləndim. Əsas həyəcan hisslərini 3 il bundan öncə Sloveniyada bu bayrağı təhvil alanda keçirmişdik. Fəxr edirik ki, bu konfransı bu cür yüksək səviyyədə təşkil etdik. Buna görə Azərbaycan dövlətinə bir daha minnətdarıq.
Paylaş: