Xəbər lenti

Bakının "Neftçi" Futbol Klubu baş məşqçisi Elxan Abdullayevlə yollarını ayırıb.

47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

İstefa ərizəsi ilə "Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

E.Abdullayevin bu addımına səbəb “Neftçi”nin Premyer Liqanın yeni mövsümünə iki məğlubiyyətlə başlamasıdır. Belə ki, paytaxt komandası ilk turda “Qarabağ”a 1:3, iki gün öncə isə debütant “Səbail”ə 0:1 hesabı ilə məğlub olub.

"Neftçi” E.Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, E.Abdullayev ötən ilin sentyabrından "ağ-qaralar"ı çalışdırırdı. (apasport)




Ana səhifəyə qayıt        Baxış: 1 117          Tarix: 21-08-2017, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma