Xəbər lenti
2-07-2020, 19:26
 
Aprelin 22-də “Binə Atçılıq Mərkəzi”nin açıq manejində atçılığın konkur növü üzrə A**-S* kateqoriyalı “Murad kuboku” uğrunda turnir başa çatıb.
Ovqat.com xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və “Murad” atçılıq klubunun sponsorluğu ilə keçirilən S* kateqoriyalı yarışda 75.72 saniyə nəticə ilə birinci yeri “AFP S Chantal 261” ləqəbli atla çapar Ələkbər Məmmədov tutub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq, 83.73, 83.86 saniyə ilə “Fransesko” və “Nabab De Belou” ləqəbli atlarla Ələkbər Məmmədov və Seyid Musayev qərarlaşıblar.
Yarışın ümumi mükafat fondu 5 min manatdır.



Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 22-04-2017, 15:00      


Paylaş: