Xəbər lenti

 

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard "Mançester Yunayted"in müdafiəçiləri Rio Ferdinand və Qari Nevilə qarşı antipatiya bəslədiyini etiraf edib.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis "BT Sport" kanalda bu barədə danışıb.

"Rio və Nevillə dəhlizdə olanda onlara qalib gəlmək üçün hər şey etməyə hazırsan. Onlara nifrət edirsən. Mən də belə idi. İngiltərə millisində onlarla görüşəndə özümü elə aparırdım ki, guya münasibətimiz yaxşıdır. Dostluq isə karyeramızı bitirəndən sonra başladı. Ferdinanda indi ancaq hörmət bəsləyirəm. O, futbolçu kimi böyük klubların şərəfini qoruyub. Onlarla eyni telekanalda çalışırıq".




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 11-09-2017, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma