Xəbər lenti

Nicat AFFA-nın cəriməsini ödəmək üçün oğurluq edib?

U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib.

Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub.

Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.

"Futbol+” qəzetinin araşdırmasını görə "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidi və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək.

Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 19-09-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma