Türkiyədə ABŞ dollarının məzənnəsi 3,60 lirə həddini ötüb.
"Report" xəbər verir ki, məzənnənin artmasına səbəb qlobal valyuta bazarında dolların möhkəmlənməsi amili göstərilir.
Bununla yanaşı, son aylarda Türkiyədə dolların məzənnəsinin kəskin ucuzlaşması investorların bu valyutaya marağını daha da artıraraq bahalaşmanı sürətləndirib. Belə ki, ilin əvvəlində 3,94 TRY/USD olan məzənnə sentyabr ayının 11-də 14%-ə yaxın geriləyərək 3,38 TRY/USD-yə düşüb. Son 3 həftə ərzində isə dollarda möhkəmlənmə 6,5%-ə çatıb.
"Report"un analitik qrupu dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsinin davam edəcəyini və bunun Türkiyə valyuta bazarına təsirsiz ötüşməyəcəyini bildirir: "İlin sonuna qədər məzənnənin 3,75 TRY/USD-yə qədər yüksələcəyi proqnozlaşdırılır".
Paylaş: