Xəbər lenti

 

Hazırda "Unibank" Azərbaycan bazarında fəaliyyət göstərən digər banklarla danışıqlar aparmır.

Ovqat.com bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində "Unibank"ın İdarə heyətinin sədri Faiq Hüseynov bankın "Dəmirbank"la birləşməsi barədə şayiələri şərh edərkən deyib.

F.Hüseynov xatırladıb ki, "Unibank" 2002-ci ildə iki bankın ("Mbank" və "PromTexBank") birləşməsi nəticəsində yaranıb: "Həmin dövrdən Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası banka daha bir konsolidasiya keçməyə hazır bir bank kimi baxır. Amma hazırda heç bir bankla birləşmə barədə söhbət getmir".




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 16-10-2017, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma