Xəbər lenti

  Livan parlamenti 2005-ci ildən bu yana ilk dəfə ölkə büdcəsini təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik parlamentdə aparılan üç günlük müzakirədən sonra 61 deputat büdcə layihəsinin lehinə səs verib.

Qeyd edək ki, Livanda 12 ildir büdcə təsdiq edilmir.

Bundan öncə ölkədə prezident seçkisi zamanı analoji situasiya yaşanmışdı. Belə ki, parlament iki il ərzində prezidenti seçə bilməmişdi. 2 illik mübarizədən sonra tərəflər xristian Mişel Aunun prezident olmasına qərar vermişdilər.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 20-10-2017, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma