İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
“Report” bu barədə nazirliyin Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.
Məlumatda deyilir ki, dekabrın 6-dan 8-nə qədər davam edəcək missiya meyvə-tərəvəz, çay, meyvə şirəsi, qurudulmuş meyvə, mürəbbə, təbii mineral sular, süd və süd məhsulları, ət və ət məhsulları, bal istehsal edən sahibkarlar üçün nəzərdə tutulub.
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur. Müsabiqə İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə qaydası" əsasında, noyabrın 20-də fondda təşkil olunacaq.
Seçim meyarları aşağıdakı kimidir:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;
Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.
İxrac missiyasında iştirak etmək üçün aşağıdakı sənədlər noyabrın 9-na qədər AZPROMO-ya (Səbail rayonu, Neftçilər prospekti, 32, Bakı Biznes Mərkəzi) təqdim edilməlidir:
- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Əlaqələndirici şəxs Fondun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur.
Tel.: (012) 598 01 47/48 (daxili 141),
E-poçt: [email protected]
E-poçt: [email protected]
Paylaş: