Xəbər lenti

Neftin qiymətinin düşməsi artıq gələn il başa çata, 2020-ci ildə isə bir barelinin qiyməti 100 dollar səviyyəsinə qayıda bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Milli Reytinq Agentliyi tərəfindən aparılan tədqiqatda deyilir.

Bildirilir ki, son üç ildə qiymətlərin aşağı olması səbəbindən şirkətlər investisiya proqramlarını kəskin şəkildə azaldıblar ki, bu da 2018-ci ildə qlobal xammal bazarında təklif böhranına gətirib çıxara bilər.

Proqnoza görə, artıq 2017-ci ildə Rusiya federal büdcəsinin neft-qaz sektorundan gəlirləri 2015-ci ilin səviyyəsinə qayıdacaq və hətta onu ötəcək.




Ana səhifəyə qayıt        Baxış: 937          Tarix: 1-11-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma