Xəbər lenti

Azərbaycanın növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərindədir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunmuş missiyaya meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

Azərbaycan iş adamları BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının market və bazarlarda satış imkanları və distributorluq məsələləri müzakirə olunub. Azərbaycanın "Brightman BMC" şirkətinin konservləşdirilmiş məhsullarının BƏƏ-yə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi trading" şirkəti ilə ilkin razılıq əldə edilib.

Azərbaycanın "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Kerkom" və "Azəri" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar.

İxrac missiyasının iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrinin fəaliyyəti ilə tanış olublar.




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 5-12-2017, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma