Xəbər lenti

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 3,098 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 515,144 mln. ABŞ dolları təşkil edib.

Bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,58% təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 133          Tarix: 12-06-2017, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma