Xəbər lenti

 Bu ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,634 mlrd. manat təşkill edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 82,4% artaraq 79 996-ya çatıb.

BFB-nin dövriyyəsinin 44,3%-i və yaxud 5,158 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu, bir il əvvələ nisbətən 25% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,25 dəfə artaraq 4,967 mlrd. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 6 dəfə artaraq 0,704 mlrd. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 0,788 mlrd. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 8,2 dəfə artaraq 0,17 mlrd. manata çatıb.




Ana səhifəyə qayıt        Baxış: 1 002          Tarix: 18-12-2017, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma