Xəbər lenti

Bakı şəhərində yerləşən bir sıra rayonların telefon qovşaqları ləğv edilib. “Report” xəbər verir ki, həmin müəssisələrin bütün hüquq və vəzifələri “Bakı Telefon Rabitəsi” MMC-yə keçir.

Məlumata görə, ləğv edilən rabitə qurumları arasında Yasamal, Xətai, Xəzər, Nizami, Sabunçu, Qaradağ telefon qovşaqları və Bakı Kabel Qovşağı da var.

Hər birinin bütün hüquq və vəzifələri hüquqi varis olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 21-12-2017, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma