Xəbər lenti

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2018-ci il iyul ayının 1-nə olan vəziyyətə görə ötən ilin əvvəlinə (35,806 mlrd dollar) nisbətən 6,22% artaraq 38,036 mlrd dollar təşkil edib.

“Bu göstərici Neft Fondunun bütün fəaliyyəti dövründə ən yüksək səviyyədir. Aktivlərin artması Fondun büdcə gəlirləri, o cümlədən Fondun vəsaitlərin idarə edilməsindən gəlirlərlə bağlıdır”, məlumatda qeyd edilir. Yanvar-iyun aylarında Fondun büdcə gəlirləri 9 173,7 milyon manat, xərcləri isə 4,731,6 milyon manat təşkil edib.

Dövlət Neft Fondunun neft və qaz müqavilələrinin satışından gəlirləri ilin birinci yarısında 8,665,7 milyon manat, o cümlədən mənfəət nefti və qaz satışından gəlirləri 7,889,5 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişlər isə 0,5 milyon manat təşkil edib. Hesabat dövründə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,0 milyon manat vəsait yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat olub.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, lakin 2001-ci ilin iyununda praktiki fəaliyyətə başlayıb. O vaxt onun aktivləri 271 milyon dollar idi. (Amerikanın Səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 717          Tarix: 18-07-2018, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma