Xəbər lenti

Cenevrədə ABŞ Prezidenti Donald Trampın sülh planını müzakirə etmək üçün Vaşinqton və Kiyevin nümayəndə heyətləri arasında müxtəlif formatlarda bütöv bir gün danışıqlar planlaşdırılıb.

Oxu.Az bildirir ki, bu barədə məlumatı "Reuters" agentliyi adı çəkilməyən amerikalı məmura istinadən verib.

O deyib ki, görüş ərəfəsində ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar "müsbət və konstruktiv" keçib.

ABŞ nümayəndəsi vurğulayıb ki, noyabrın 23-də keçirilməsi planlaşdırılan Cenevrə danışıqları hələ tam formatda başlamayıb, lakin bəzi əlaqələndirmə görüşləri artıq baş tutub.

Qeyd edilir ki, ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq İsveçrənin Cenevrə şəhərindədirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 016          Tarix: Bu gün, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma