Xəbər lenti

"ABŞ-nin addımları ciddilikdən uzaqdır".

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, amerikalıların müəyyən razılaşmaları təkrarlamasına baxmayaraq, ABŞ-nin praktiki addımları onların danışıqlara ciddi yanaşmadığını göstərir.

XİN sözçüsünin fikrincə, Vaşinqton ya danışıqlar prosesini düzgün anlamır, ya da sərgilədiyi davranışlar danışıqları diktə etmək cəhdindən başqa məna daşımır.

"ABŞ rəsmilərinin açıqlamaları ilə onların real addımlarını müqayisə etdikdə iddialarında nə ciddilik, nə də xoş niyyət göründüyü ortaya çıxır".




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: Bu gün, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma