Xəbər lenti

2019-cü ilin dövlət və icmal büdcələrinin layihələri artıq Azərbaycan hökumətinə təqdim olunub.

«Report» xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün, sentyabrın 24-də keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Amma layihənin detalları, hələlik, açıqlanmayıb. İclasın gündəliyinə isə 18 məsələ daxildir. Bu məsələlər arasında vergi, mülki məcəllələrə, «İpoteka haqqında» və «Banklar haqqında» qanunlara dəyişikliklər də var. 2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan bu il iyunun 29-də büdcəyə dəyişiklik edildi.

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı. Hazırda Azərbaycan neftinin qiyməti 80 dollar civarında dəyişir.

 




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 24-09-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma